Tramp Putin, Si Cinpin və Kim Çen Inı təriflədi

29-03-2022, 09:03           
Tramp Putin, Si Cinpin və Kim Çen Inı təriflədi
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Corciya ştatında seçicilər qarşısında çıxışı zamanı Rusiya, Çin və Şimali Koreya liderlərini tərifləyib.

Çıxışı zamanı D.Tramp Rusiyanın Ukraynanı işğal etməsinin “böyük bir səhv” olduğunu, V.Putinin Ukrayna sərhədinə 200 min əsgər cəlb etmək strategiyasının isə onun qabiliyyətinin göstəricisi olduğu fikrini müdafiə edib.

ABŞ-ın keçmiş prezidenti həmçinin Putinin ağıllı bir lider olduğunu söyləyib və Çin lideri Si Cinpini “1,5 milyard insanı dəmir yumruğu ilə idarə etdiyi”, Şimali Koreya lideri Kim Çen Inı isə “sərt” olduğu üçün təqdir etdiyini bildirib.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru