Tarixin ən böyük oğurluğu: Rusiya 10 milyard dollar dəyərində 400 təyyarəni geri qaytarmır

29-03-2022, 08:08           
Tarixin ən böyük oğurluğu:
Bazar ertəsi, martın 28-i Rusiya aviaşirkətləri üçün təxminən 10 milyard dollar dəyərində icarəyə götürülmüş 400-dən çox təyyarəni geri qaytarmaq üçün son tarixdir. İcarəyə verənlər təyyarələrini geri alacaqlarına ümidlərini itirirlər.

“Qorxuram, kommersiya mülki aviasiya tarixində ən böyük təyyarə oğurluğuna şahid olaq”, - deyə Sinqapur Texnologiya İnstitutunun hava nəqliyyatının idarə edilməsi kafedrasının dosenti Vladimir Bilotkaç bildirib.

Təyyarələrin əksəriyyətinin qeydiyyata alındığı Bermud adaları və İrlandiyanın uçuşa yararlılıq sertifikatları dayandırılsa da, bunların bir çoxu hələ də Rusiyada daxili marşrutlar üzrə uçuşlar həyata keçirir.

Beynəlxalq qaydalara görə, ikili qeydiyyata icazə verilmir, lakin Rusiya artıq xaricilərə məxsus təyyarələrin yarıdan çoxunu öz reyestrinə keçirib. Rusiya hökuməti həmçinin ölkə aviadaşıyıcılarının 78 təyyarəsinə xaricdə həbs qoyulduğunu və Rusiyaya qayıtmadığını bildirib.

Qərb və Rusiya hava məkanından istifadəyə qadağalar qoyduğu üçün rəsmi Moskvanın Ukraynaya təcavüzünün ilk qurbanlarından biri aviasiya olub.

Mənbə: RBK-UKRAİNA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru