Ağ Ev ABŞ-da inflyasiyanın düşəcəyini gözləyir

29-03-2022, 09:28           
Ağ Ev ABŞ-da inflyasiyanın düşəcəyini gözləyir
“ABŞ səlahiyyətliləri tədarük zənciri problemlərinin bu və gələn il azalacağını, həmçinin inflyasiyanın aşağı düşəcəyini gözləyir”.

“Report” xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evdə İqtisadi Məsləhətçilər Şurasının sədri Sesiliya Rouz deyib.

“Biz pandemiya ilə mübarizə aparmağa davam etdikcə, iqtisadi fəaliyyəti necə saxlamağı öyrəndik, təchizat zəncirlərini təkmilləşdirməyə davam etdik. Biz tədarük zəncirindəki problemlərin asanlaşacağını gözləyirik. Əlbəttə ki, qeyri-müəyyənlik olsa da, məsələn, Çindəki lokdaunla bağlı, biz onlardan bunun öhdəsindən gələcəklərini gözləyirik. İnflyasiyanın bu il və gələn il azalacağını gözləyirik”, - deyə o, qeyd edib.

ABŞ Federal Ehtiyatlar Sisteminin (FRS) sədri Cerom Pauel martın ortalarında Ukraynada baş verənlərin qlobal təchizat zəncirlərinin vəziyyətini pisləşdirə biləcəyini və bunun ABŞ iqtisadiyyatına mənfi təsir göstərəcəyini bildirib.

ABŞ rəsmiləri bəzi malların tədarük zəncirindəki fasilələrlə bağlı problemlərə də diqqət yetiriblər. Bunun səbəblərindən biri də koronavirus pandemiyası ilə əlaqədar əvvəllər tətbiq edilən sanitar məhdudiyyətlər olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru