Britaniya kəşfiyyatı: Mariupolun mərkəzi Ukraynanın nəzarəti altındadır
29-03-2022, 11:33
“Ukrayna qüvvələri Kiyevin şimal-qərbində, o cümlədən İrpen, Buça və Qostomeldə lokal əks-hücumlar keçirməyə davam edir. Bu hücumlar müəyyən uğur qazanıb və rusiyalılar bir sıra mövqelərdən geri çəkiliblər. Bununla belə, Rusiya zərbə imkanlarına görə şəhər üçün hələ də ciddi təhlükə yaradır”.
Ordu.az xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.
“Rusiya qüvvələri şəhəri atəşə tutmağa davam edərək Mariupolda doğru irəliləməyə davam edir, lakin şəhərin mərkəzi hələ də Ukrayna qüvvələrinin nəzarəti altındadır. Başqa istiqamətlərdə Rusiya ordusu öz qüvvələrini yenidən təşkil etməyə və yenidən qruplaşdırmağa çalışarkən mövqelərini saxlayırlar”, - deyə məlumatda bildirilir.