7 AB ölkəsindən çağırış: Ukraynaya döyüşə getməyin

29-03-2022, 10:46           
7 AB ölkəsindən çağırış: Ukraynaya döyüşə getməyin
Almaniya və daha altı AB ölkəsi birgə bəyanatda öz vətəndaşlarına Ukraynada könüllü olaraq döyüşə getməməyi tövsiyə edib.

Axar.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, Belçika, Almaniya, Fransa, İtaliya, Lüksemburq, Hollandiya və İspaniyanın ədliyyə nazirləri bazar ertəsi keçirilən iclasdan sonra bu barədə müraciət imzalayıblar.

Qeyd edək ki, fevralın sonunda Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya qoşunlarına qarşı döyüşmək üçün Ukrayna silahlı qüvvələrinin tərkibində “Beynəlxalq legion” yaradıldığını elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru