3 saatlıq İstanbul danışıqlarının DETALLARI

29-03-2022, 16:44           
3 saatlıq İstanbul danışıqlarının DETALLARI
Ukraynanın Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak İstanbulda Rusiya ilə aparılan danışıqların ilk detallarını açıqlayıb.



Modern.az xəbər verir ki, Podolyak hazırda bir sıra mühüm məsələlər üzrə məsləhətləşmələr aparıldığını deyib.



“Hazırda bir neçə mühüm məsələ üzrə məsləhətləşmələr aparılır. Əsas məsələ Ukrayna üçün beynəlxalq təhlükəsizlik təminatlarına dair razılaşmadır, məhz onunla biz müharibəyə son qoya bilərik. İkinci məsələ, heç də az əhəmiyyətli deyil, bütün humanitar problemlərin həlli üçün atəşkəsdir”, - bildirib.



Ukrayna rəsmisi əlavə edib ki, hazırda ən böyük problem müharibənin daha da qızışmasıdır:



“Mən ayrıca qeyd etmək istəyirəm ki, bu gün başlıca problem müharibənin getdikcə böyüməsidir, əsirlərə qarşı münasibətdir. Əsirlərin çəkilən videolarından görünür ki, bu, Cenevrə Konvensiyasının pozulmasıdır. Belə halların təkrarlanmaması üçün birgə səylərin aparılması müzakirə olunub”.



Qeyd edək ki, bu gün Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyədə görüş keçiriblər. Danışıqlar 3 saat davam edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru