"Ermənistana qarşı sanksiyalar tətbiq oluna bilər" - Erməni siyasətçi

29-03-2022, 18:37           
"Ermənistana qarşı sanksiyalar tətbiq oluna bilər" - Erməni siyasətçi
"Orada (Ukraynada - red.) baş verənlər şübhəsiz ki, Cənubi Qafqazdan asılıdır. Əgər bizə elə gəlirsə ki, müharibə bir az uzaqda gedir və bu, bizə təsir etməyəcək, çox yanılırıq. Mümkün iqtisadi sanksiyalar var ki, Rusiyanın müttəfiqlərinə də tətbiq oluna bilər".

Teref.az "Unikal"a istinadla xəbər verir ki, bunu erməni siyasətçi Qriqor Balasanyan "Cənubi Qafqaza nəticələr və təsir" mövzusunda keçirilən müzakirədə çıxışı zamanı bildirib.

"Ötən gün Ukraynanın Ermənistan Respublikasındakı müvəqqəti işlər vəkili açıq mətnlə bu barədə danışıb. Düşünürəm ki, o, diplomata ən azı bir neçə dəfə düzgün olmayan davranış nümayiş etdirib. O, ukraynalıların İrəvanda təşkil etdiyi aksiyalarda da iştirak edib ki, bu da birmənalı olaraq ölkənin daxili işlərinə qarışmaq cəhdidir. Heç bir ölkə diplomatının belə aksiyalarda iştirak etmək hüququ yoxdur. Və fikirlər ki, sanksiyalar Ermənistana da şamil oluna bilər, ona görə də məncə, heç olmasa həmin diplomat XİN-ə dəvət olunmalıdır", - politoloq əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru