Baydendən Türkiyədəki danışıqlarla bağlı AÇIQLAMA

30-03-2022, 08:02           
Baydendən Türkiyədəki danışıqlarla bağlı AÇIQLAMA
ABŞ prezidenti Co Bayden Rusiya və Ukrayna nümayəndə heyətlərinin martın 29-da İstanbulda apardqları danışıqları və Rusiyanın bundan sonrakı addımlarını yaxından izlədiklərini bildirib.

Bunu dövlət başçısı Ağ Evdə Sinqapurun Baş naziri Li Syanlunla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

Bayden jurnalistlərdən birinin “Müharibənin sona yaxınlaşması ehtimalını necə dəyərləndirirsiniz?” sualına belə cavab verib:

“Rusiyanın konkret hərəkətlərini görməyincə mən heç nə deyə bilmərəm. Dediklərini edəcəklər, ya yox, görəcəyik. Bu gün Türkiyədə danışıqlar oldu. Mən NATO-dakı tərəfdaşlarımız Fransa, Almaniya və İngiltərənin liderlərilə də görüşdüm. Yaşanan hadisələri yaxından izləməyə davam edirik”, - deyə ABŞ prezidenti bildirib. (Mənbə: TRT)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru