Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının komandanlığı Yəməndə hərbi əməliyyatların dayandırıldığını elan edib.
Axar.az xəbər verir ki, müttəfiqlərin bəyanatını Səudiyyə Ərəbistanının SPA xəbər agentliyi yayımlayıb.
Hərbi koalisiyanın bəyanatına görə, hərbi əməliyyatların dayandırılması təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün müqəddəs Ramazan ayında müsbət ab-havanın yaradılması baxımından uğurludur.