Trüdo Zelenski ilə Ukraynada təhlükəsizlik məsələlərini müzakirə edib
30-03-2022, 10:13
Kanadanın Baş naziri Castin Trüdo ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Kanada dövlət telekanalı məlumat yayıb.
Liderlər Ukrayna üçün təhlükəsizlik zəmanəti məsələlərini müzakirə edib.
Bundan əvvəl Rusiya-Ukrayna danışıqlarında Kiyev nümayəndə heyətinin üzvü Aleksandr Çalıy bildirmişdi ki, təhlükəsizlik zəmanəti veriləcəyi təqdirdə ölkəsi neytral və qeyri-nüvə statusunu düzəltməyə razıdır.