“Johnson & Johnson” Rusiyaya şəxsi gigiyena vasitələrinin tədarükünü dayandıracaq 30-03-2022, 09:17 ABŞ-ın “Johnson & Johnson” (J&J) şirkəti şəxsi gigiyena vasitələrinin Rusiyaya idxalını dayandırır.Bu barədə şirkətin press-relizində bildirlib.Bəyanatda qeyd olunur ki, şirkət Rusiyaya dərman və tibbi avadanlıqların tədarükü ilə bağlı öhdəliklərini təsdiqləyir.Xatırladaq ki, martın əvvəlindən etibarən J&J Rusiyada reklam, klinik sınaq qeydiyyatı və hər hansı əlavə investisiyanı dayandırıb.oxu.az Facebook-da paylaş