"Rusiya ordusu Belarus və Rusiyaya qayıtmağa məcbur olublar” - Britaniya kəşfiyyatı

30-03-2022, 11:29           
"Rusiya ordusu Belarus və Rusiyaya qayıtmağa məcbur olublar” -
“Rusiyanın Donetsk və Luqanskdakı hücumlara diqqət yetirməsi, görünür, onun birdən çox əhəmiyyətli hücum xəttini var gücü ilə saxlamağa çalışmasının susqun etirafıdır”.

Redaktor.az xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Böyük itki verən Rusiya bölmələri ehtiyatları yenidən təşkil etmək və artırmaq üçün Belarus və Rusiyaya qayıtmağa məcbur olublar.

Bu fəaliyyət Rusiyanın onsuz da gərgin vəziyyətdə olan logistikasına əlavə təzyiq göstərir və Rusiyanın Ukraynadakı ön bölmələrini yenidən təşkil etməkdə hansı çətinliklərlə üzləşdiyini nümayiş etdirir.

Rusiya, çox güman ki, məhdud yerüstü manevr imkanlarını kütləvi artilleriya və raket zərbələri ilə kompensasiya etməyə davam edəcək”, - məlumatda vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru