Mixail Boçarnikov: “Rusiyanın regionları Azərbaycanla əməkdaşlıqda maraqlıdır”

30-03-2022, 11:43           
Mixail Boçarnikov: “Rusiyanın regionları Azərbaycanla əməkdaşlıqda maraqlıdır”
“Rusiya regionlarının çoxu Azərbaycanla əməkdaşlığın qurulmasında maraqlıdır”.

“Report” xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, aprel ayında Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur: “Bu 30 il ərzində tərəflər ilk növbədə, siyasi, ticari-iqtisadi və regionlararası sahələrdə əməkdaşlığı möhkəmləndiriblər”.

Səfir bildirib ki, inkişaf etmiş xeyli mədəni əlaqələr pandemiya səbəbindən qırıldığından hazırda bu münasibətlərin bərpası qarşıya məqsəd qoyulub.

Diplomat təhsil və gənclərarası əməkdaşlıq sahəsində əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru