Serbiya NATO-ya daxil olacaq?

31-03-2022, 09:55           
Serbiya NATO-ya daxil olacaq?
“Serbiya NATO-ya daxil olmayacaq və Rusiya əleyhinə isteriyaya qatılmayacaq”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç ölkənin sənaye mərkəzi Niş şəhərində seçki mitinqində vətəndaşlara müraciət edərkən deyib. "Avropadan yatırılan sərmayələrin ən böyük hissəsi bizdədir. Biz Avropa yolu ilə getməliyik. Amma bilirsiniz ki, Dostoyevskinin məktəblərdən, Çaykovskinin opera və teatrlardan atıldığı bu isteriyada sırf ona görə iştirak edə bilmərəm. Serbiya azad və azadlıqsevər ölkə olub və belə qalacaq. Biz öz vətənimizi müdafiə edəcəyik. NATO-ya hörmət edirik, onunla Kosovo və Metohiyada əməkdaşlıq edirik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru