“Rusiyanın valyuta ehtiyatları 40 milyard dollar azalıb” - Mərkəzi Bank

31-03-2022, 08:15           
“Rusiyanın valyuta ehtiyatları 40 milyard dollar azalıb” - Mərkəzi Bank
Fevralın 18-dən Rusiyanın Beynəlxalq ehtiyatları 38,8 milyard dollar azalaraq, 604,4 milyard dollar olub.

Bu barədə RBK Mərkzi Bankın məlumatına istinad edib.

Rusiya Mərkəzi Bankının məlumatına görə, azalmaya aşağıdakı amillər təsir göstərib: valyuta intervensiyaları, valyuta re-maliyyələşdirmələri, aktivlərin yenidən valyuta qiymətləndirməsi.

Fevralın 18-i vəziyyətinə Rusiyanın beynəlxalq ehtiyatları 643 milyard ekvivalent (müxtəlif valyutalarda və qızılla nominallaşdırılmış aktivlər) təşkil edib.

Xatırladaq ki, Ukraynadakı hərbi əməliyyatlar səbəbilə ABŞ və Avropa İttifaqı ölkələri Rusiyaya qarşı maliyyə-iqtisadi sanksiyaları tətbiq edib və bu sanksiyalar Rusiyanın beynəlxalq valyuta ehtiyatlarının böyük hissəsinin dondurulması ilə nəticələnib.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru