Son vaxtlar Moskva və Minsk görünməmiş xarici təzyiqlərlə üzləşirlər.
Paralel.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Əminəm ki, bir sıra dövlətlərin qeyri-dost hərəkətlərinə ən yaxşı cavab müttəfiqlik, Rusiya-Belarus əlaqələrinin gücləndirilməsi, qarşılıqlı faydalı inteqrasiya proseslərinin inkişafı və bütün sahələrdə ikitərəfli əməkdaşlıq olmalıdır”, - Putin bildirib.