Almaniyada bir nəfərə 87 dəfə koronavirus peyvəndi vuruldu - SƏBƏB

3-04-2022, 08:33           
Almaniyada bir nəfərə 87 dəfə koronavirus peyvəndi vuruldu - SƏBƏB
Almaniya vətəndaşı sertifikatlarla bağlı planlarını həyata keçirmək üçün 87 dəfə koronavirusa qarşı peyvənd olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “t-online” xəbər portalı məlumat yayıb. Bildirilib ki, adam sertifikatları satmaq üçün belə bir addım atıb. 2021-ci ilin iyul ayından bu şəxs koronavirusa qarşı peyvənd olmaq üçün bir neçə gün müxtəlif peyvənd mərkəzlərinə gedib. Hüquq-mühafizə orqanları ilk dəfə Drezdendəki peyvənd mərkəzində 61 yaşlı həmin şəxsdən şübhələniblər. Bundan sonra Alman Qırmızı Xaç Cəmiyyəti digər peyvənd mərkəzlərini iddia edilən fırıldaqçı barədə xəbərdar edib. BƏhs edilən şəxs hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. İlkin məlumata görə, 61 yaşlı kişi hər dəfə peyvənd olunmaq üçün yeni saxta sənədlərlə gəlib. Hazırda polis faktla bağlı araşdırmalara başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru