Rusiya Ukraynanın təklif etdiyi sülh müqaviləsi layihəsini qəbul edib - RƏSMİ

3-04-2022, 08:47           
Rusiya Ukraynanın təklif etdiyi sülh müqaviləsi layihəsini qəbul edib - RƏSMİ
“Rusiya şifahi olaraq İstanbulda Ukraynanın təklif etdiyi sülh müqaviləsi layihəsini Krım məsələsi istisna olmaqla qəbul edib”.

Bu barədə Rusiya tərəfi ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya danışıb.

Eyni zamanda, D.Araxamiyanın sözlərinə görə, Rusiya tərəfi sənədlərin qaralamalarının prezidentlər Volodimir Zelenski və Vladimir Putin arasında birbaşa məsləhətləşmələr aparmaq üçün kifayət qədər işlənib hazırlandığını təsdiqləyib.

O, vurğulayıb ki, böyük ehtimalla sözügedən görüş İstanbulda keçiriləcək.

“Hazırda qrupların qarşısında sənədin deyil, artıq müzakirə olunan məsələlərin final mərhələsini hazırlamaq və prezidentlərin mümkün görüşlərini hazırlamaq dayanır”, - deyə o qeyd edib.

Mənbə: Unian.net












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru