Putin mayın 9-da qələbə paradı keçirmək istəyir

3-04-2022, 11:35           
Putin mayın 9-da qələbə paradı keçirmək istəyir
Rusiya Prezidenti Vladimir Putin mayın 9-na qədər Ukraynada heç olmasa bir qələbə qazanmağı və Moskvada ənənəvi parad keçirməyi hədəfləyir.

Axar.az xəbər verir ki, bu barədə CNN ABŞ kəşfiyyatına istinadla məlumat yayıb.

“Məlumata görə, Rusiya mayın 9-na kimi Donbas və digər bölgələrə nəzarəti ələ keçirmək üçün Ukraynadakı müharibə strategiyasına yenidən baxıb. Ay ərzində rus quru qoşunları döyüşdükləri ərazilərə nəzarəti saxlaya bilmədilər. Məhz buna görə də Putin ən azı bir qələbə qazanacağına və mayın əvvəlinə qədər Ukraynanın şərqində nəzarəti ələ alacağına ümid edir. Müharibə şəraitindən və sülh danışıqlarından asılı olmayaraq Putinin mayın 9-da qələbə paradı olacaq”, - məlumatda bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru