Şri-Lankada “Twitter”, “Facebook” və digər sosial media hesablarına giriş qadağan edilib

4-04-2022, 08:33           
Şri-Lankada “Twitter”, “Facebook” və digər sosial media hesablarına giriş qadağan edilib
Şri-Lankada artıq bir neçə gündür ki, davam edən kütləvi etiraz aksiyaları nəticəsində 600-dən çox etirazçı həbs edilib.

Prezidenti Qotabaya Rajapaksa ölkədə fövqəladə vəziyyətin elan edilməsi barədə göstəriş verib.

Yayılan son məlumatlara görə isə hazırda Şri-Lankada “Twitter”, “Facebook” və digər sosial media hesablarına giriş qadağan edilib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Şri-Lankanın Kolomboda şəhərində 5 minə yaxın insan iqtisadi vəziyyətin fəlakətli şəkildə pisləşməsinə qarşı etiraz yürüşünə toplaşmışdı.

Etirazçılar prezidentin iqamətgahına gəlib və onun istefasını tələb ediblər. Qeyd olunur ki, nümayişçilərdən bəziləri binaya basqın etməyə cəhd ediblər.

Belə ki, xüsusi təyinatlı polisləri gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb.. Buna cavab olaraq nümayişçilər iqamətgaha gedən yolu bağlayan avtobusu yandırıblar.

Onu da bildirək ki, Şri-Lankada iqtisadi böhran koronavirus pandemiyası ilə əlaqədar xarici turizmin azalması səbəbindən daha da güclənib.

Bu isə, ölkənin valyuta ehtiyatlarının çatışmazlığına səbəb olub.

Mənbə: DNA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru