Çində yoluxanlar 100 minə çatdı - Kovid xəstəxanaları açılır

5-04-2022, 08:08           
Çində yoluxanlar 100 minə çatdı - Kovid xəstəxanaları açılır
Çində son 1 ildə yoluxma üzrə ən yüksək rəqəm qeydə alınıb.

Medicina.az xəbər verir ki, yeni tip kovidlə yoluxanların sayı pandemiya dövründə ilk dəfə olaraq 100 min nəfərə çatıb.
Çin Səhiyyə və Gigiyena Komitəsinin verdiyi məlumata görə, xəstəxana və xüsusi karantin müəssisələrində hazırda xəstələrin sayı 109 min 88 nəfərdir. Hər ötən gün rəqəmlər 9% artır.

Ötən sutka 13 268 yoluxma qeydə alınıb.

Məlumatda bildirilir ki, xəstələrdə yüksək hərarət, öskürək əlamətləri var.

Amma yoluxanların cəmi 1500 nəfərində xəstəlik əlamətləri görülür, qalanları simptomsuz daşıyıcılardır.

Lakin onlar da təcrid olunub xəstəxanaya yerləşdirilir ki, virusu yaymasınlar.

Son 4 gündə simptomsuz daşıyıcıların sayı 41% artıb.

Yoluxanların 1%-i xaricdən gəlib.

Bütün pandemiya dövründə Çində yoluxanların sayı 125 min nəfər idi, 4638 nəfər isə koviddən ölüb.
Ölkədə epidemik vəziyyət ciddi olaraq qalır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru