Baydenin həyatında ən çox qorxduğu şəxsin adı məlum olub

5-04-2022, 08:44           
Baydenin həyatında ən çox qorxduğu şəxsin adı məlum olub
ABŞ prezidenti Co Baydenin ən çox qorxduğu şəxs media maqnatı Rupert Merdokdur.

Bu barədə iki amerikalı jurnalistin qələmə aldığı “This Will Not Pass: Trump, Biden, and the Battle for America's Future” kitabında yazılıb.

Kitabın müəllifləri “New York Times” müxbirləri Conatan Martin və Aleks Bernsdır.

Müəlliflər iddia edir ki, C. Bayden 2021-ci ilin ortalarında adı açıqlanmayan köməkçisi ilə söhbətində 91 yaşlı R. Merdoku “dünyanın ən təhlükəli adamı” adlandırıb.

Kitabın ABŞ-da geniş ictimai rezonansa səbəb ola biləcəyini istisna edilmir.

Məlumat üçün qeyd edək ki, sahibkar və media maqnatı olan Rupert Merdok həmçinin ABŞ-da media, film şirkətlərinin və nəşriyyatların sahibidir.

Mənbə: CNN












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru