İspaniya Rusiyanın 25 diplomatını qovub - YENİLƏNİB

5-04-2022, 17:00           
İspaniya Rusiyanın 25 diplomatını qovub - YENİLƏNİB
İspaniya Rusiyanın 25 diplomatını ölkədən çıxarmaq barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə İspaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

***

İsveç Rusiyanın 3 diplomatını persona non-qrata elan edəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyindən bildirilib.

Rəsmi Moskvanın daha bir təmsilçisi Avropa ölkələrinin rusiyalı diplomatları qovmasına münasibət bildirib. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib ki, belə addımlar Avropa ölkələri ilə ikitərəfli münasibətlərə zərbə vura bilər.

“Aydındır ki, bu kampaniya əvvəlcədən hazırlanıb. Diplomatik kanallar vasitəsilə ikitərəfli münasibətlərə zərbə vurulur. Biz kimsəylə münasibətlərimizi kəsmirik. Qərb dövlətlərinin qeyri-dost hərəkətlərinin isə sərhədi görünmür”, - nazir müavini söyləyib.

***

İtaliya Xarici İşlər Nazirliyi Rusiyanın 30 diplomatının ölkədən çıxarılması barədə qərar qəbul edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə bildirib ki, rəsmi Romanın addımına cavab olaraq müvafiq tədbirlər görüləcək.

***

Danimarka hökuməti Rusiyanın 15 diplomatını persona non-qrata elan edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Danimarkanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

İtaliyanın “Corriere della Sera” qəzeti isə diplomatik mənbələrə istinadən yazır ki, rəsmi Roma Rusiyanın onlarla diplomatını ölkədən çıxarmaq niyyətindədir. Məlumata görə, həmin diplomatlaırn siyahısı artıq hazırdır.

Qeyd edək ki, əvvəllər də digər Avropa ölkələri oxşar addımlar atmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru