Ukrayna əhalisinin neçə faizi qələbəyə inanır? - SORĞU
6-04-2022, 00:07

Ukraynalıların 95%-i ölkəsinin müharibədə qalib gələcəyinə əmindir, lakin hərbi əməliyyatların tezliklə dayandırılmasına inanmayanların sayı da artır.
KONKRET.az xəbər verir ki, bu barədə “Reytinq” sosioloji qrupunun 30-31 mart tarixlərində keçirdiyi sorğunun nəticələrində deyilir.
Respondentlərin 95%-i Ukraynanın Rusiyanın hücumunu dəf edə biləcəyinə inanır. Onların 69%-I buna tam əmindir, 25%-i isə olduqca əmindir.
Eyni zamanda, qələbənin bir neçə həftəyə mümkün olacağına inananların sayı getdikcə azalır.Respondentlərin 30%-i hesab edir ki, Ukraynanın rus qoşunlarının hücumunu dayandırması üçün bir neçə həftə kifayət edəcək, baxmayaraq ki, martın əvvəlində buna inananlar 39% idi. Respondentlərin daha 5%-i əmindir ki, qalib gəlmək üçün Ukraynaya cəmi bir həftə vaxt lazımdır.
Eyni zamanda, qalib gəlmək üçün bir neçə ay, hətta yarım il və ya bir il lazım olacağına inananların sayı da artır.
Respondentlərin 16%-i əmindir ki, qalib olmaq üçün təxminən altı ay və ya bir il lazım olacaq. Digər 4%-i isə düşünür ki, bir ildən çox gözləməli olacaqlar.
31% hesab edir ki, qarşıda hələ bir neçə aylıq döyüş var.
Eyni zamanda, 14% “Sizcə, Ukraynaya Rusiya ilə müharibədə qalib gəlmək üçün nə qədər vaxt lazımdır?” sualına cavab verməkdə çətinlik çəkib.