İspaniya 25 rusiyalı diplomatı ölkədən çıxarır

6-04-2022, 00:04           
İspaniya 25 rusiyalı diplomatı ölkədən çıxarır
İspaniya hökuməti Rusiyanın ölkədəki səfirliyinin 25-ə qədər əməkdaşının ölkədən çıxarılması barədə qərar verib.

Bu barədə İspaniya XİN başçısı Xose Manuel Albares açıqlama verib.

“Elan etmək istəyirəm ki, səhər ölkədəki milli təhlükəsizliyə təhlükə törətməsinə görə, İspaniyadakı Rusiya səfirliyinin 25 diplomatı və əməkdaşının ölkədən çıxarılması barədə qərar vermişik”, Albares deyib.

O, səfirlik əməkdaşlarına İspaniyadan çıxmaq üçün bir neçə gün vaxt verildiyini və verilən qərarın Ukraynada gedən müharibə ilə birbaşa əlaqəli olduğunu xatırladıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru