Trampın qızı ifadə verəcək

6-04-2022, 00:05           
Trampın qızı ifadə verəcək
Eks prezident Donald Trampın qızı və müşaviri İvanka Tramp 2021-ci ilin 6 yanvar tarixində ABŞ Konqresinə edilən basqını araşdıran Nümayəndələr Palatasının xüsusi komitəsində ifadə verəcək. Keçmiş prezidentin qızı Konqresə edilən basqınla bağlı danışacaq.

Demokrat.az xəbər verir ki, adının çəkilməsini istəməyən mənbələr İvanka Trampın bu gün komitə üzvlərinin qarşısına çıxacağını bildirib.
Qeyd edilib ki, "6 Yanvar İstintaq Komitəsi İvanka Tramp və onun əri Jared Kuşneri yanvar ayında ifadə verməyə çağırıb. Kuşner keçən həftə Konqres üzvlərinin qarşısına çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru