Rusiyada minik avtomobillərinin satışı kəskin azalıb

6-04-2022, 09:08           
Rusiyada minik avtomobillərinin satışı kəskin azalıb
Satışda 25 faiz azalma müşahidə olunur

2022-ci ilin martında Rusiyanın minik avtomobili bazarında satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 43 faiz azalıb.

AYNA-nın məlumatına görə, bu barədə "Avtostat" analitika agentliyinin hesabatında deyilir.

Ötən ay Rusiyada satılan minik avtomobillərinin sayı 79 minə yaxın olub. Qeyd olunur ki, bu ilin yanvar və fevral aylarında avtomobil bazarında satış 12 faizə bərabər idi.

Ümumilikdə, birinci rüb ərzində Rusiyada 264 min yeni minik avtomobili satılıb ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 25 faiz azdır.

Eyni zamanda, rublun dəyərinin azalması avtomobillərin orta hesabla 35-45 faiz bahalaşmasına səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru