“NATO müttəfiqləri Ukraynanı silahla təmin etməyə sadiqdirlər”

6-04-2022, 09:05           
“NATO müttəfiqləri Ukraynanı silahla təmin etməyə sadiqdirlər”
NATO-ya üzv ölkələr humanitar maliyyə yardımının həcmini artırıb

“Şimali Atlantika Alyansının üzvü olan ölkələr Ukraynaya əlavə yardım göstərmək və onu silahla təmin etmək niyyətindədirlər”.

AYNA xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

“Müttəfiqlər Ukraynaya tank əleyhinə silahlar, hava hücumundan müdafiə sistemləri və digər avadanlıqların çatdırılması ilə bağlı əlavə dəstək verməyə sadiqdirlər.”, - Stoltenberq bildirib.

O, həmçinin əlavə edib ki, NATO-ya üzv ölkələr humanitar maliyyə yardımının həcmini artırıb. Bundan əlavə, NATO Ukraynaya kibertəhlükəsizliyini gücləndirməyə və kimyəvi və bioloji təhlükələrə qarşı müdafiəni təmin etməyə kömək edəcək.

Onun sözlərinə görə, NATO Ukraynaya Rusiya ilə NATO arasında genişmiqyaslı müharibəyə gətirib çıxarmayacaq miqdarda hərbi dəstək verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru