ABŞ Ukraynaya 100 milyon dollara qədər əlavə hərbi yardım göndərəcək
6-04-2022, 10:59
ABŞ prezidenti Co Bayden Kiyevə 100 milyon dollara qədər əlavəhərbi yardım ayırmağı tapşırıb, bura tank əleyhinə sistemlər daxilolacaq.
Trend-inməlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti, eləcə də ABŞdövlət katibi Entoni Blinkenin yaydığı bəyanatlarda deyilib.
Ağ Evdən bildiriblər ki, C.Bayden ABŞ Dövlət Katibinə Ukraynayayardım məqsədilə ABŞ Müdafiə Nazirliyinin ümumilikdə 100 milyondollara qədər müdafiə məhsulları və xidmətlərinə, hərbi hazırlıq vətəlimə ayrılmaq üçün səlahiyyət verib.
E.Blinkenin bəyanatında qeyd olunub ki, o, sözügedən yardımın“Ukraynanın əlavə tank əleyhinə sistemlərə təcili ehtiyacını ödəməküçün” verilməsini əmr edib.