NATO-nun XİN rəhbələri Ukrayna və Çini müzakirə edəcəklər
6-04-2022, 11:54
NATO ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək günlük toplantısının əsas mövzusu Ukraynadakı münaqişə, bu ölkəyə silah və texnikanın verilməsi olacaq. AzVision.az xəbər verir ki, nazirlər, həmçinin alyansın müdafiəsinin gücləndirilməsi, iyunda Madriddə keçiriləcək sammitdə NATO-nun yeni strateji konsepsiyasının qəbuluna hazırlıq, həm Avropa, həm də Asiya-Sakit okean regionunda tərəfdaş ölkələrlə əməkdaşlığı müzakirə edəcəklər. Nazirlər həmçinin Asiya tərəfdaşları ilə birlikdə Çinə qarşı mübarizə məsələlərini nəzərdən keçirmək niyyətindədirlər ki, bu da tarixdə ilk dəfə olaraq alyansın gələcək strateji konsepsiyasında öz əksini tapmalıdır.
NATO-nun baş katibi Yens Stoltenberqin nazirlərin görüşündən əvvəl mətbuat konfransında bildirib ki, alyansın Ukraynaya hər cür dəstək verməyə hazır olmasına baxmayaraq, heç bir NATO dövləti NATO qüvvələrinin oraya göndərilməsini dəstəkləməyəcək.