Hindistan ilk təyyarədaşıyıcısı üçün F-18-lərini sınaqdan keçirəcək

6-04-2022, 12:15           
Hindistan ilk təyyarədaşıyıcısı üçün F-18-lərini sınaqdan keçirəcək
Hindistan Hərbi Dəniz Qüvvələri may ayında Amerikanın F-18 Super Hornet döyüş təyyarələrini Hindistanın yeni təyyarədaşıyan Vikrant gəmisində belə təyyarələrin yararlılığını yoxlamaq üçün sınaqdan keçirəcək. AzVision.az xəbər verir ki, bu barədə "Hindustan Times" qəzeti yazıb. Nəşrin məlumatına görə, Amerikanın “Boeing” korporasiyası gələn ay iki F-18 təyyarəsini Hindistan Hərbi Dəniz Qüvvələrinin Qoadakı Hansa aviabazasındakı aviasiya poliqonunda uçuş sınaqları üçün göndərəcək. Testlərin mayın 21-də başlaması gözlənilir. Bu qırıcıların “Vikrant” təyyarədaşıyan gəmisində mümkün yerləşdirilməsi nəzərdən keçirilir.

Hindistanın özünün inşa etdiyi ilk Vikrant, Hindistanın Böyük Britaniyadan müstəqilliyinin 75 illiyini qeyd etdiyi 15 avqust 2022-ci ildə milli donanmaya daxil olmalıdır. Gəmi Rusiya istehsalı olan MiQ-29K/KUB qırıcılarını, həmçinin Rusiyanın Ka-31 və Amerika MH-60R helikopterlərini daşıyacaq. Lakin yerli mətbuatın məlumatına görə, Hindistan tərəfi təyyarələrin digər variantlarını da nəzərdən keçirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru