ABŞ administrasiyası Putinin qızlarına da sanksiya tətbiq edəcək

6-04-2022, 12:16           
ABŞ administrasiyası Putinin qızlarına da sanksiya tətbiq edəcək
Rusiya və Ukrayna arasında davam edən müharibənin 42-ci günündə ABŞ administrasiyası Vladimir Putinin qızlarına qarşı sanksiya tətbiq etməyə hazırlaşır.

“AzPolitika.info” ABŞ-ın nüfuzlu “The Wall Street Journal” nəşrinə istinadla xəbər verir ki, ABŞ administrasiyası bu həftə ərzində Putinin qızları Mariya Vorontsova və Katerina Tixonovaya sanksiya tətbiq etməyi düşünür.

Məlumatda qeyd olunur ki, ictimaiyyətdən uzaq bir həyat yaşayan Putin ailəsini də hər zaman medianın diqqətindən kənarda saxlamağa çalışır.

Putinin qızlarından Katerina Tixonova iş adamı kimi tanınsa da, Vorontsovanın həkim olmasından başqa mediada heç bir məlumat yoxdur. Bu qızların Putinin uzun illər evli olduğu və 2013-cü ildə boşandığı Lüdmila Putinanın övladları olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru