“Rusiyanın dövlət məmurları və onların ailə üzvlərini…” – ABŞ Avropanı da razı saldı, sarsıdıcı zərbə gəlir

6-04-2022, 17:09           
“Rusiyanın dövlət məmurları və onların ailə üzvlərini…” – ABŞ Avropanı da razı saldı, sarsıdıcı zərbə gəlir
Ağ Evin mətbuat katibi Cen Psaki Kiyev yaxınlığındakı Buça şəhərində mülki şəxslərin cəsədlərinin tapılmasından sonra Avropa ilə eyni vaxtda Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar elan edəcəklərini açıqlayıb.


Rusiya-Ukrayna müharibəsindən danışan Psaki, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar açıqlayacağı ilə bağlı mətbuatda çıxan xəbəri təsdiqləyib. O bildirib ki, bu sanksiyalar Rusiya dövlət rəsmilərini, ailə üzvlərini, Rusiya dövlətinə bağlı qurum və təşkilatları hədəf alacaq: “Sanksiyaların detallarını daha sonra açıqlayacağıq”.

Daha öncə olduğu kimi bu sanksiyaları da avropalı müttəfiqləri ilə eyni vaxtda tətbiq edəcəklərinə diqqət çəkən Psaki, sanksiyalar paketinin Rusiyaya qarşı investisiya məhdudiyyətlərini ehtiva edəcəyini söyləyib.

Digər tərəfdən, Ukrayna Prezidenti Vladimir Zelenskinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) çıxışı zamanı şuranın Ukrayna üçün əlindən gələni etməməsi və Rusiyanın hələ də şuranın daimi üzvü olduğuna dair tənqidlərinə münasibət bildirən Psaki bildirib ki, hazırda ABŞ Ukraynaya əlindən gələn yardımı göstərir:

“Rusiyanın hələ də BMT TŞ-nin daimi üzvü olması ilə bağlı Zelenskinin məyusluğunu bölüşürük və hazırda bu vəziyyətlə bağlı heç bir dəyişiklik edə bilmirik. Biz Ukraynaya bir çox sahələrdə yardım göstərməyə çalışırıq. Bunlardan biri birbaşa Ukraynaya hərbi texnikanın verilməsidir”.

Semra Ələkbərli
Gundem.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru