Gəmilərin Qara dənizə çıxışı üçün marşrut dəyişdirildi

27-05-2022, 08:12           
Gəmilərin Qara dənizə çıxışı üçün marşrut dəyişdirildi
Rusiya hərbçiləri xarici gəmilərin Ukraynanın Qara dəniz limanlarını tərk edə biləcəyi humanitar dəhlizin uzunluğunu dəyişib.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev məlumat verib.

Mizintsevin sözlərinə görə, bu addım xarici gəmilərin Odessa, Nikolayev, Çernomorsk, Xerson, Oçakov və Yujnı limanlarından açıq dənizə təhlükəsiz çıxışını təmin etmək üçün atılıb.

Bildirilib ki, daha öncə dəhliz üç millik zolaqla 80 mil uzunluğunda idi, hazırda isə 139 mil təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru