ABŞ gələn həftə bu silahları Ukraynaya göndərir

27-05-2022, 12:07           
ABŞ gələn həftə bu silahları Ukraynaya göndərir
ABŞ gələn həftə Ukraynaya yeni silah tədarükünü elan edə bilər.
Teref.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Ukrayna hakimiyyəti Donbasdakı döyüşlərdə onlara ən çox Qərb dövlətlərinin hələ təmin etmədiyi MLRS-ın lazım olduğunu bildiriblər. Administrasiya bu sistemləri gələn həftə daha böyük hərbi və müdafiə yardım paketinin bir hissəsi kimi Ukraynaya çatdırmağa meyllidir”,- məlumatda deyilib.

Qeyd edək ki, M270 MLRS sistemlərinin hədəfi vurmaq qabiliyyəti 40-80 km arasındadır. (axar.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru