ABŞ: İŞİD-in 800 mln dollar məbləğində pul ehtiyatları məhv edilib

27-04-2016, 08:46           
ABŞ: İŞİD-in 800 mln dollar məbləğində pul ehtiyatları məhv edilib
İŞİD-in nəzarətində olan müxtəlif obyektlərin bombalanması zamanı qruplaşmanın 800 mln dollar məbləğində pul ehtiyatları məhv edilib.

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın İraqdakı hərbi komandanlığının nümayəndəsi general Piter Gersten deyib.

Onun sözlərinə görə, ABŞ aviasiyası İŞİD-in nağd pul vəsaitlərinin saxlandığı binalara dəfələrlə zərbələr endirib. General jurnalistlərin məhv edilən pulun məhz 800 mln dollar məbləğində olmasının necə müəyyən edildiyi barədə sualını açıqlamayıb.

Piter Gersten həmçinin bildirib ki, qeyd olunan pul vəsaitləri məhv edildikdən sonra qruplaşmanın sıralarında fərarilik halları 90 faiz artıb, həmçinin qruplaşmaya yeni döyüşçülərin cəlb olunması prosesi xeyli səngiyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru