ABŞ-ın 5 ştatındakı ilkin seçkidə Tramp 3 ştatında isə Hillari Klinton qalib gəlib

27-04-2016, 08:52           

ABŞ-da bu ilin noyabrında keçiriləcək prezident seçkilərinin ilkin mərhələsi davam edir.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, növbəti praymerizlər ölkənin 5 ştatında keçirilib.

Keçirilən praymerizlərdə respublikaçılardan Donald Trampın 5 ştatın hamısında qələbəsi artıq təsdiqlənib.

Namizədin ötən gün Rod Aylend, Delaver, Konnektikut, Pensilvaniya və Merilend ştatlarında keçirilən praymerizlərdə böyük fərqlə üstünlük qazandığı bildirilir.

ABŞ-da bu ilin noyabrında keçiriləcək prezident seçkilərinin ilkin mərhələsi davam edir.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, növbəti praymerizlər ötən gün ölkənin 5 ştatında - Rod Aylend, Delaver, Konnektikut, Pensilvaniya və Merilend ştatlarında keçirilib.

Keçirilən praymerizlərdə demokratlardan Hillari Klintonun 3 ştatda – Delaver, Pensilvaniya və Merilenddə qələbəsi artıq təsdiqlənib.

Demokratların düşərgəsindən digər namizəd Berni Sanders Rod Aylenddə qələbə qazanıb.

Konnektikutda keçirilən praymerizin nəticələri hələlik məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru