Şoyqunun Donbas şousu: Ukraynaya getməyibmiş...

27-06-2022, 11:03           
Şoyqunun Donbas şousu:
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Silahlı Qüvvələrinin Luqansk və Donetsk vilayətlərindəki komanda məntəqələrinə baş çəkməyib.

Axar.az xəbər verir ki, bu barədə jurnalist Roman Sımbalyuk deyib.

"Donbas əvəzinə Şoyqu Belqoroda gedib. Rusiya komandanlığı Ukraynanın Şoyqunu məhv edəcəyindən qorxur. Sergey Şoyqunun Luqansk və Donetsk vilayətlərinə səfərdən imtina etməsinə səbəb də budur. Onlar Ukrayna ordusundan qorxur", - o bildirib.

Qeyd edək ki, bundan öncə Şoyqunun Ukraynadakı müharibədə iştirak edən qoşunlara baxış keçirdiyi haqda rəsmi məlumat yayılmışdı. Rusiya MN Şoyqunun hara getdiyini açıqlamasa da, Rusiya mediası onun Donbasda müşavirə keçirdiyini bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru