Putin və Zelenski G20-nin samitində iştirak edəcəklər

28-06-2022, 00:04           
Putin və Zelenski G20-nin samitində iştirak edəcəklər
Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski G20-nin samitində iştirak edəcəklər.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, Rusiya Prezidenti noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək G20 sammitində iştirak dəvətini qəbul edib. Ukrayna Prezidenti Vladimir Zelenski də bir müddət əvvəl sammitdə iştirak dəvətini müsbət qarşılayıb.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Putinin sammitdə iştirakını təsdiqləyib: “Bəli, təsdiq etdik ki, iştirakımız nəzərdə tutulub”.

Eyni zamanda, Uşakov Putinin bu tədbirə şəxsən qatılacağı və ya videobağlantı vasitəsilə iştirak edəcəyi sualına dəqiq cavab verə bilməyib.

"Bilmirəm, onlar hələ şəxsən dəvət edirlər, amma çox vaxt var, ümid edirəm ki, pandemiya bu mühüm forumun əyani keçirilməsinə imkan verəcək, ancaq təxmin etməkdən ehtiyatlanıram", - o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru