NASA ABŞ-dan kənarda kosmik raket buraxdı – ilk dəfə

28-06-2022, 10:47           
NASA ABŞ-dan kənarda kosmik raket buraxdı – ilk dəfə
ABŞ Aerokosmik Agentliyi NASA ilk dəfə ABŞ-dan kənarda kosmik raket buraxılışı həyata keçirib.

Lent.az-ın xəbərinə görə, Avstraliyadakı Anhem kosmik mərkəzindən buraxılan raket astrofiziki tədqiqatlar məqsədilə istifadə olunub.

Layihə sadəcə cənub yarımkürəsindən izlənilməsi mümkün olan kosmik hadisələri müşahidə etməyə imkan verir. Raketin topladığı məlumatlar ulduzlardan yayılan şüaların həyatın mümkün ola biləcəyi planetlərə təsirlərinin araşdırılmasında istifadə ediləcək. Növbəti raket buraxılışı iyulun 4-nə nəzərdə tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru