''Rusiya dünya üçün ən böyük təhdiddir'' - NATO-nun yeni komandanı
5-05-2016, 12:59
Avropadakı NATO qüvvələrinin yeni baş komandanı Kertis Skaparrotti dünya üçün ən böyük təhdidlərin adını çəkib.
Avropa.info xəbər verir ki, amerikalı general əsas təhdid kimi yenidən dirçələn, özünü dünya dövləti sayan Rusiyanın adını çəkib.
Skaparrotti qlobal problemlər sırasında terror və miqrant böhranının da adını çəkib.
“Biz hazırlıq səviyyəmizi artırmalı və dəstəkləməyə davam etməliyik. Qarşısını alma siyasəti işləməsə, elə bu gün mübarizə aparmağa hazır olmalıyıq” – NATO komandanı belə deyib.
Günüral Skaparotti NATO-nun Avropa komandanı vəzifəsini 4 maydan icra etməyə başlayıb. Bu vəzifəni 2013-cü ildən bu yana Filip Bridlav tuturdu. Səlahiyyətlərin təhvili mərasimi Belçikanın Mons şəhərində keçirilib.