Məşhur manyk-qatil Çikatilonun oğlu Ukraynadakı müharibədə ölüb

Bu gün, 17:36           
Məşhur manyk-qatil Çikatilonun oğlu Ukraynadakı müharibədə ölüb
SSRİ dövründə silsilə qətllər törədən Andrey Çikatilonun oğlu Yuriy Xarkov istiqamətində gedən döyüşlərdə ölüb.

“SHOT” teleqram kanalı xəbər verir ki, Yuriy Ukrayna tərəfindən döyüşlərdə iştirak edib.

Bildirilib ki, o, Ukraynadakı müharibənin ilk günlərindən döyüşə gedib və artilleriya bölməsində xidmət edib. 2025-ci ilin yanvarında onun tərkibində olduğu bölmə Xarkovdan 20 kilometr məsafədə Rusiya ordusu tərəfindən genişmiqyaslı atəşə məruz qalıb.

Ukrayna ilk olaraq Yuriyi itkin düşmüş elan etmişdi, onun döyüşdə öldüyü isə indi təsdiqlənib.

Qeyd edək ki, Andrey Çikatilo 1992-ci ildə 52 insanın qətlinə görə mühakimə olunub. O özü isə 55 və daha artıq insanı qətlə yetirdiyini boynuna alıb. Çikatilo 1994-cü ilin fevralında güllələnərək edam edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru