Əfqanıstanda "Taliban" kişilərin bodibildinq yarışlarında ənənəvi şort geyinməsini qadağan edib.
"Azad İran" xəbər verir ki, qərar Pis İşlərdən Çəkinmək və Yaxşı İşlərə Dəvət Nazirliyi tərəfindən qəbul edilib. Tələbin İslam şəriəti ilə əsaslandırıldığı bildirilib.
Əfqan idmançılar və məşqçilər qərara etiraz edərək, bunun həm yerli yarışlara, həm də beynəlxalq turnirlərdə iştirak imkanlarına mənfi təsir göstərdiyini vurğulayıblar. "Taliban" isə məhdudiyyətləri "əxlaqi tərbiyə" kimi qiymətləndirib.