Kürdlər pusqu qurdu: - 10 İran hərbçisi öldürüldü

5-05-2016, 17:14           
Kürdlər pusqu qurdu: - 10 İran hərbçisi öldürüldü
İran-İraq sərhədində gərginlik yaranıb.

Axar.az xəbər verir ki, bu barədə KDP-İ (Kürdüstan Demokrat Partiyası-İran) İdarə Heyətinin üzvü Məhəmməd Saleh məlumat verib.

Onun sözlərinə görə, qarşıdurma Qərbi Azərbaycan əyalətinin Sərdəşt bölgəsində İran və kürd qüvvələri arasında baş verib.

Hadisə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 10 hərbçisi həlak olub, 20 nəfər isə yaralanıb:

“Kürd qüvvələri İran hərbçilrinə pusqu qurub. Qarşıdurmalar nəticəsində öldürülən 8 İran hərbçisinin etimadnaməsi əlimizdədir. Bölgədəki yüksək səviyyəli bir komandir da ölənlər arasındadır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru