Bu müsəlman ölkəsində 12 miilyon insan tədricən aclıqdan ölür...-SOS!!!
5-08-2022, 10:19

Birləşmiş Millətlər Təşkilatı Sudandakı humanitar vəziyyətin acınacaqlı mənzərəsini təsvir edərək bildirib ki, ölkə əhalisinin təxminən dörddə biri maliyyə çatışmazlığı səbəbindən yavaş-yavaş aclıqdan ölür.
Moderator.az bu haqda xarici İslam saytlarına istinadla xəbər verir.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi iyun-sentyabr aylarında 11,7 milyon insanın şiddətli aclıqdan əziyyət çəkdiyini bildirib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 milyon nəfər çoxdur.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı(ƏKTT) bildirib ki, Sudanda ərzaq böhranının kəskinləşməsinə əsasən ölkənin qeyri-sabit iqtisadiyyatı, uzun quraqlıq dövrləri, əkin sahələrinin azalması və qeyri-sabit yağıntı səbəb olub.
ƏKTT-nın məlumatına görə, kəskin aclıqdan əziyyət çəkənlərin əksəriyyəti hərbi münaqişələrdən və iqtisadi tənəzzüldən ən çox zərər çəkən paytaxt Xartumda, Darfur bölgəsində və Kassala və Ağ Nil əyalətlərində yaşayır.
5 yaşınadək 4 milyon uşağın, o cümlədən hamilə və körpələrinə süd verən qadınların kəskin qida çatışmazlığından əziyyət çəkdiyi və humanitar həyati vacib qidaya ehtiyacı olduğu bildirilir.
Ümumdünya Ərzaq Proqramı maliyyə çatışmazlığı səbəbindən Sudanda qaçqınların payını azaltmaq məcburiyyətində qaldığını bildirib. Agentlik məlumat verib ki, iyul ayından başlayaraq 550 mindən çox qaçqın standart ərzaq səbətinin yalnız yarısını qida və ya pul köçürmələri şəklində alacaq...
Sultan Laçın