Rusiya qırıcıları Finlandiyanın hava məkanını pozdu

18-08-2022, 19:18           
Rusiya qırıcıları Finlandiyanın hava məkanını pozdu
Rusiyanın qırıcı təyyarələrinin Finlandiyanın hava məkanını pozduğu iddia olunur.
“Röyters” bildirir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyindən xəbər verilib.
Məlumata görə, 2 MiQ-31 qırıcı təyyarəsi Finlandiya körfəzindəki Porvoo sahil şəhəri yaxınlığında hava məkanını pozublar.
Rabitə rəhbəri Kristian Vakkuri “Röyters”ə bildirib ki, təyyarə 2 dəqiqə ərzində Finlandiya hava məkanında olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.