"İşğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılacaq" - ABŞ

10-05-2016, 16:53           

"Heç bir ölkə Dağlıq Qarabağı tanımır".

Bunu virtualaz.org-a ABŞ-ın Azərbaycandakı səfirliyindən Ermənistanın qondarma Dağlıq Qarabağ rejimini tanıya bilməsi məsələsinə münasibət bildirərkən deyiblər.

Səfirlikdən bildiriblər ki, Dağlıq Qarabağın yekun statusu münaqişənin hərtərəfli nizamlanması kontekstində müəyyən olunacaq ki, buna həm də işğal olunmuş torpaqların Azərbaycanın nəzarətinə qaytarılması daxildir.

"Münaqişənin uzunmüddətli nizamlanmasına nail olmaq üçün biz tərəfləri xoş məram göstərməyə və danışıqlar masası arxasına oturmağa çağırmaqda davam edirik", - deyə səfirlikdən vurğulayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru