ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU

Bu gün, 00:05           
 ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU
Avropa İttifaqı (Aİ) və ABŞ transatlantik ticarət və investisiyalar üçün çərçivə müəyyən edən birgə bəyanat yayımlayıblar.

“Report”un Avropa bürosunun məlumatına görə, bu barədə beynəlxalq ticarət üzrə komissar Maroş Şevçoviç Brüsseldə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, sənəd Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və ABŞ Prezidenti Donald Tramp arasında iyulun 27-də Şotlandiyada əldə edilmiş siyasi razılaşmanın davamıdır.

"Bəyanatda ABŞ-nin Aİ-yə qarşı yeni tarif rejimi (avtomobillər, əczaçılıq məhsulları, yarımkeçiricilər və taxta-şalban kimi strateji sektorlar da daxil olmaqla, Aİ ixracının böyük hissəsi üçün 15 % tarif dərəcəsi) ətraflı şəkildə izah edilib. Avtomobillər və onların ehtiyat hissələri üçün müəyyən edilmiş tavan ABŞ mallarına qarşı tariflərin azaldılması ilə eyni vaxtda tətbiq ediləcək", - o bildirib.

"Avropa İttifaqı yüksək tariflərin dünya iqtisadiyyatına ziyan verdiyinə inanmağa davam etsə də, danışıqlar nəticəsində əldə edilmiş nəticə eskalasiyadan qaçmağa imkan verir və dialoqu davam etdirmək və transatlantik münasibətləri, o cümlədən ümumi strateji maraq kəsb edən sahələrdə əlaqələri inkişaf etdirmək üçün zəmin yaradır", - Şevçoviç vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru