"Grok" çatbotu yüz minlərlə istifadəçi söhbətini internetə sızdırıb
Bu gün, 08:34
Elon Maskın süni intellekt şirkəti "xAI", istifadəçilərin "Grok" çatbotu ilə apardığı yüz minlərlə söhbəti xəbərdarlıq etmədən internetdə yayımlayıb.
Bu dialoqlar artıq "Google"da axtarışla tapıla bilir.
İstifadəçi söhbət zamanı “paylaş” düyməsinə kliklədikdə yaradılan URL-lər xəbərdarlıq verilmədən axtarış sistemlərinə təqdim olunub. "Google"da artıq 370 mindən çox "Grok" söhbəti indekslənib. Bu dialoqlarda narkotiklərin hazırlanması, Elon Maskın qətlinə dair plan və digər təhlükəli məzmunlar yer alıb.
Lakin real vəziyyət bunun əksini göstərir: narkotiklərin hazırlanması, zərərli proqramların yazılması, intihar üsulları və digər təhlükəli məlumatlar "Grok" vasitəsilə təqdim edilib.
"xAI" məsələ ilə bağlı şərh verməyib. İstifadəçilər arasında şəxsi məlumatlarını paylaşanlar da olub. Mütəxəssislər bu halı süni intellektdə gizlilik və təhlükəsizlik riskləri kimi qiymətləndirirlər.
Qeyd edək ki, OpenAI də oxşar hadisə yaşamış və bu funksiyanı ləğv etmişdi.