Təlim - tərbiyə vacibdir, ya xasiyyət?
Bu gün, 08:04

Padşah, baş vəzirdən soruşur:
- Təlim - tərbiyə vacibdir, ya xasiyyət?
Vəzir dərhal cavab vermiş:
- Xasiyyət vacibdir, sultanım!
Padşah, məmləkətin hər yanına dəllallar göndərmiş:
- Hər kəs eşitsin… Ən yaxşı heyvan tərbiyəçisinə 100 kisə qızıl mükafat veriləcək!
Seçim edildikdən sonra bir kişi, ‘ölkənin ən yaxşi heyvan tərbiyəçisi’ olaraq padşahın hüzuruna çıxır. Padişah soruşur:
- Bir pişiyə nimçəylə xidmət göstərməyi nə qədər zamanda öyrədə bilərsən?
- Altı ayda öyrədərəm, padşahım!
Aradan altı ay keçmiş. Tərbiyəçi hüzura alınmış.
Padişah sormuş:
- Öyrətdinmi?
- Öyrətdim, padişahım!
Saray əhli toplanmış. Hünərli pisik əlində nimçəylə xidmət göstərməyə başlamış. Düz baş vəzirin önünə gəldiyi zaman padşah sormuş:
- Ey vəzir! Söylə görüm, təlimmi vacibdir, xasiyyətmi?
Vəzir, padişahın sualına cavab vermədən öncə, xalatının altında hazır tutduğu bir siçanı yere buraxdi. Pişik, siçanı görüncə nimçəni ataraq siçanın arxasınca qaçmağa başlamış. Altı aylıq təlim də boşa getmiş. Vəzir, padişahın sualına cavab vermiş:
- Xasiyyət vacibdir, padişahım. Önündə bir siçan gördüğündə her şeyi unudan bu pişik kimi, əlinə bir fürsət keçdiyində şəxsi maraqlarının arxasınca qaçan, dinini belə satan, təhsilli lakin xasiyyəti pozulmuş insanlardan da Rəbbim cəmiyyəti qorusun!
Sems Rzazade
TEREF